Bakıda Türkiyə vətəndaşının evindən 40 min avro, 10 min dollar və 10 min manat oğurlanıb

Bakıda Türkiyə vətəndaşının evindən 40 min avro, 10 min dollar və 10 min manat oğurlanıb
# 05 avqust 2016 04:26 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda oğrular Türkiyə vətəndaşının evini qarət ediblər.

APA-nın məlumatına görə, naməlum şəxslər evdən külli miqdarda pul aparıblar. Hadisə rayonun Kaveroçkin küçəsində qeydə alınıb. Belə ki, sözü gedən ünvanda yaşayan Türkiyə vətəndaşı 1960-ci il təvəllüdlü Elgün Cumhur Elgun oğlunun mənzilinə daxil olan naməlum şəxs və ya şəxslər oradan 40 min avro, 10 min ABŞ dolları və 10 min Azərbaycan manatı oğurlayıblar. Dərhal Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib. Mənzilə baxış keçirən polis əməkdaşları oradan barmaq izləri götürüblər.

Aparılan araşdırmalar zamanı məlum olub ki, oğrular Türkiyə vətəndaşının yaşadığı mənzilə açar seçmə yolu ilə daxil olublar.

Hazırda sözü gedən oğurluq hadisəsinin kim tərəfindən törədilməsi Nəsimi Rayon Polis İdarəsi əməkdaşları tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR