“Qızıl top” mükafatına iddiaçıların sayı 3-ə enib

“Qızıl top” mükafatına iddiaçıların sayı 3-ə enib
# 30 noyabr 2015 14:43 (UTC +04:00)

Bakı – APA. 2015-ci ildə “Qızıl top”u qazanmaq şansı olan futbolçuların siyahısı dəyişib. Apasport.az-ın FİFA-nın rəsmi saytına istinadən məlumatına görə, mükafata namizədlərin sayı 3-ə qədər azalıb.

Əvvəl 59, sonra 23 futbolçunun yer aldığı siyahıda bu dəfə yalnız Lionel Messi (Argentina, “Barselona”), Kriştianu Ronado (Portuqaliya, “Real”) və Neymar (Braziliya, “Barselona”) qalıb.

Qadınlar arasında ən yaxşı futbolçu adına Çarli Lloyd (ABŞ, “Hyuston Daş”), Aya Miyama (Yaponiya, “Okayama Yunoqo”) və Sella Şaşiç (Almaniya, “Frankfurt”) iddia edir.

Qeyd edək ki, ən yaxşı kişi və qadın futbolçunun adı 2016-cı il yanvarın 11-də İsveçrənin Sürix şəhərində açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR