Gəncə. Azər Məmmədli – APA. Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında şəhərin Atabəylər küçəsində “VAZ-2106” və “Daewoo” markalı iki avtomobil toqquşub. Nəticədə şəhər sakini, 1985-ci il təvəllüdlü Hasil Mədətov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.