Birinci rübdə gömrük hüquqpozmaları üzrə 61 cinayət işi başlanıb

Birinci rübdə gömrük hüquqpozmaları üzrə 61 cinayət işi başlanıb
# 06 aprel 2016 12:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. ilin birinci rübündə Dövlət Gömrük Komitəsinin (DGK) İstintaq İdarəsinin icraatında olan materiallar əsasında 61 cinayət işi başlanıb.

Komitənin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bundan 52 cinayət işinin icraatı başa çatdırılıb ki, həmin işlərdən də 63 şəxs barəsində 47 cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəmələrə göndərilib, 5 cinayət işinin icraatına isə xitam verilib.

Həmin müddət ərzində cinayət işləri üzrə 36 min 867,21 manat vurulmuş ziyan və cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 101 min 868,55 manat gömrük ödənişləri ödətdirilib.

Eyni zamanda, cinayət işləri üzrə 21 mln. 750 min Rusiya rublu, 4702 manat dəyərində 180,6 qram qızıl-zinət əşyaları və cinayət işinin başlanılması rədd edilmiş materiallar üzrə 41 min 600 ABŞ dolları, 18 min 103 manat, 10 min 746 manat dəyərində isə 163 ədəd mobil telefon dövlət mülkiyyətinə keçirilib.

Bundan başqa, 2016-cı ilin birinci rübündə İstintaq İdarəsinin icraatında olmuş cinayət işləri üzrə 30 min 728,32 manat məbləğində mülki iddia qanuni qüvvəyə minmiş məhkəmə qərarları əsasında ödətdirilib.

Hazırda İstintaq İdarəsinin icraatında olan 83 cinayət işi üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR