Bakıda minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb

Bakıda minik avtomobili ağaca çırpılıb, sürücü xəsarət alıb
# 04 fevral 2016 04:59 (UTC +04:00)

Bakı-APA. Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Xətai rayonunda “Lada” markalı minik avtomobili yoldan çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 03:45-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR