Finlandiya 20 minədək miqrantı deportasiya etmək niyyətindədir

Finlandiya 20 minədək miqrantı deportasiya etmək niyyətindədir
# 29 yanvar 2016 00:33 (UTC +04:00)

Bakı-APA. Finlandiya qaçqın statusu almaq istəyən 20 minədək miqrantı deportasiya etmək niyyətindədir. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu ölkəyə 2015-ci il ərzində gəlmiş miqrantların ümumi sayının 60 faizini təşkil edir.

“Hazırda bu rəqəm 20 mindir, lakin qaçqın statusuna dair ərizələrindən könüllü şəkildə imtina edəcək miqranları da nəzərə alsaq, bu göstəricini gələcəkdə xeyli dəyişə bilər”, deyə Finlandiya DİN dəftərxanasının rəisi Pəyvi Nerq bildirib. Onun sözlərinə görə, artıq 4 minədək qaçqın öz ərizələrindən imtina edib.

DİN rəsmisinin sözlərinə görə, 2014-cü ildə qeydiyyata alınmış 3651 miqrantın 56 faizinə qaçqın statusu verilməyib. 2015-ci ildə isə ölkəyə əksəriyyətinin iraqlı olduğu 32 min miqrant gəlib.

Pəyvi Nerq qeyd edib ki, ərizələrin baxılması prosesi 2016-cı ilin avqustunadək davam edəcək. Ölkəni könüllü tərk etmək istəyən və deportasiya olunacaq miqrantlar üçün fərqli tranzit mərkəzləri yradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR