Azərbaycanın təhlükəsizlik qurumları ilə Çin Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq sənədləri imzalanıb

Azərbaycanın təhlükəsizlik qurumları ilə Çin Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq sənədləri imzalanıb
# 23 may 2016 16:11 (UTC +04:00)

Bakı - APA. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Mərkəzi Komitənin siyasi və hüquqi məsələlər komissiyasının katibi - Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

APA-nın məlumatına görə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev görüşdə Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə mühüm fəaliyyəti, ölkədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üzrə görülən tədbirlərdən danışıb.

Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov təhlükəsizlik sahəsində idarələrarası əməkdaşlıq məsələlərinə toxunub.

Çin Təhlükəsizlik Şurasının katibi M. Jianzu bu səfərin ölkələr arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişafı üçün faydalı olacağına əminliyini ifadə edib.

Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti ilə Çin Xalq Respublikasının Dövlət Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum və Azərbaycanın Xarici Kəşfiyyat Xidməti ilə Çinin Dövlət Təhlükəsizlik Nazirliyi arasında kommünike imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR