Heydər Əliyev Mərkəzində konsert verəcək “Səyyah kvartet” İçərişəhərdə olub

Heydər Əliyev Mərkəzində konsert verəcək “Səyyah kvartet” İçərişəhərdə olub
# 04 may 2016 17:33 (UTC +04:00)

Bakı - APA. Heydər Əliyev Mərkəzində konsert verəcək məşhur akkordeon ustası Paskal Konte və Fransadan olan “Səyyah kvartet”in üzvləri artıq Bakıdadırlar.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, pnlar bu gün İçərişəhəri gəzib, müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri, o cümlədən Şirvanşahlar Saray Kompleksi ilə tanış olublar. Musiqiçilər Azərbaycan mətbəxinin ləziz neməti olan təndir çörəyinin dadına baxıblar.

Qeyd edək ki, mayın 5-də keçiriləcək konsertdə fransalı musiqiçilər məşhur tanqo ritmlərini modern üslub və aranjemanda təqdim edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR