Kim Çen In növbəti dəfə nüvə silahının sınağını keçirmək niyyətindədir

Kim Çen In növbəti dəfə  nüvə silahının sınağını keçirmək niyyətindədir
# 15 mart 2016 02:45 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya lideri Kim Çen In yaxın zamanda növbəti dəfə nüvə silahının və ballistik raketlərin sınağını keçirmək niyyətində olduğunu bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi bildirib.

“Yaxın zamanda nüvə silahının və nüvə başlığı daşımağa qadir olan ballistik raketlərin sınaqları keçiriləcək”, - deyə məlumatda bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR