Bakıda şirkətin kassası qarət edilib

Bakıda şirkətin kassası qarət edilib
# 18 fevral 2016 11:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda şirkətin kassası qarət edilib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ötən il sentyabrın 21-dən cari il fevralın 17-dək olan müddətdə Nəsimi rayonu ərazisindəki “Royal Ekspress” MMC-nin kassasından 2555 manat və 1050 dollar pul oğurlanıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyən Lerik rayon sakini Vüqar Xosrofov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR