ABŞ yanvarda İrana qarşı sanksiyaların bir qismini ləğv edə bilər

ABŞ yanvarda İrana qarşı sanksiyaların bir qismini ləğv edə bilər
# 17 dekabr 2015 20:33 (UTC +04:00)

Bakı-APA. ABŞ 2016-cı ilin yanvarında İranın üzərindən sanksiyaların bir qismini götürə bilər. APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinə məktubunda dövlət katibi Con Kerri qeyd edib.

Kerri rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri icra etdiyini qeyd edərək, İranın artıq nüvə silahının istehsalı ilə məşğul olmadığını vurğulayıb.

Ötən gün Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, ABŞ İranın nüvə sahəsində fəaliyyətini təhlükəli hesab edəcəyi təqdirdə Tehrana qarşı yeni sanksiyalar tətbiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR