Avrokuboklarda növbəti mövsümün püşkatmasının vaxtı dəqiqləşib

Avrokuboklarda növbəti mövsümün püşkatmasının vaxtı dəqiqləşib
# 18 dekabr 2015 09:20 (UTC +04:00)

Bakı – APA. Avrokubokların 2016/17 mövsümünün təqvimi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, qarşıdakı mövsümün püşkatma və oyun günlərinin tarixi açıqlanıb.

Azərbaycanı qitədə təmsil edəcək ölkəmizin ən güclü 4 klubu – Topaz Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 22-ni gözləyəcək. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Təmsilçilərimizin hamısı I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Avropa Liqasının finalı mayın 24-də İsveçin paytaxtı Stokholmda, Çempionlar Liqasının həlledici oyunu iyunun 3-də Uelsin Kardiff şəhərində baş tutacaq.

“Apasport” tam təqvimi bəlli olan avrokubokların 2016-cı ilə təsadüf edəcək I hissəsinin - təsnifat mərhələləri və qrupların püşkatmasının tarixlərini təqdim edir:

20 iyun 2016

Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması

28-29 iyun

Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

30 iyun 2016

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

5-6 iyul 2016

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

7 iyul 2016

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

12-13 iyul 2016

Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul 2016

Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

15 iyul 2016

Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması

19-20 iyul 2016

Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları

21 iyul 2016

Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları

26-27 iyul 2016

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

28 iyul 2016

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

2-3 avqust 2016

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

4 avqust 2016

Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları

5 avqust 2016

Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması

16-17 avqust 2016

Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

18 avqust 2016

Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

23-24 avqust 2016

Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

25 avqust 2016

Çempionlar Liqasının qrup mərhələsinin püşkatması

25 avqust 2016

Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

26 avqust 2016

Avropa Liqasının qrup mərhələsinin püşkatması

Qrup mərhələsi

13-14 sentyabr 2016

Çempionlar Liqası, I tur

15 sentaybr 2016

Avropa Liqası, I tur

27-28 sentyabr 2016

Çempionlar Liqası, II tur

29 sentyabr 2016

Avropa Liqası, II tur

18-19 oktyabr 2016

Çempionlar Liqası, III tur

20 oktyabr 2016

Avropa Liqası, III tur

1-2 noyabr 2016

Çempionlar Liqası, IV tur

3 noyabr 2016

Avropa Liqası, IV tur

22-23 noyabr 2016

Çempionlar Liqası, V tur

24 noyabr 2016

Avropa Liqası, V tur

6-7 dekabr 2016

Çempionlar Liqası, VI tur

8 dekabr 2016

Avropa Liqası, VI tur

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR