İsa İsmayılov: “Dostlar sevinsin, düşmən­lərimiz isə özü bilər”

İsa İsmayılov: “Dostlar sevinsin, düşmən­lərimiz isə özü bilər”
# 10 may 2016 17:05 (UTC +04:00)

Bakı – APA. Aprel ayında Silahlı Qüvvələrimizin düşmən təxribatlarına cavab olaraq həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, bir sıra strateji yüksəkliyi azad edərək nəzarətə götürməsi xalqımız tərəfindən böyük coşqu ilə qarşılanıb, dostlarımızın və dünyanın hər yerində yaşayan soydaşlarımızın sevincinə səbəb olub.

Son 10-15 ildə Azərbaycanda baş verən müsbət dəyişikliklər, əsasən də ordu quruculuğu sahəsində əldə etdiyimiz böyük uğurlar nəinki ölkəmizdə, hətta dünya miqyasında təqdir edilən hal kimi qiymət­lən­dirilir. Dünyanın tanı­nmış siyasət adamları, politoloqlar, nüfuzlu ictimai təşkilatlar tez-tez Azər­bay­can­la bağlı açıqlamalar verir. Müsbət rəy verməklə, ölkə­miz­də baş ve­rən proseslərdən razılıq ifadə edir, qazanılan uğurlardan məmnunluqla da­nı­şırlar. Artıq çoxları Azər­bay­canı güclü orduya malik etibarlı tərəfdaş, regionda söz sahibi olan dövlət, dinamik inkişaf edən ölkə ola­raq dəyərləndi­rir. Sözsüz ki, bu ifadələrin arxasında Azər­bay­can xalqının, Azərbaycan prezi­den­ti­nin, Azərbay­can dövlətinin və Silahlı Qüvvələrimizin uzunmüddətli, məq­­səd­­yönlü işin dayandığı heç vaxt unudulmur.

Şəxsən bəzi pro­ses­lərdə iş­ti­rak etməsək də, əksər hadisələrin gözümüz qarşısında baş verdiyindən bu uğurlar haqqında ürəkdolusu da­nış­maq imkanımız var. Ötən əsrin 70-ci illərindən başlayan, Qur­­tuluş günündən sonra bərpa olunan quru­cu­luq, ordumuzun yaranma və inkişaf etmə prosesi ölkəmizdə və xaricdə daim işıq­­lan­dırılıb, təbliğ olunub. Necə deyərlər, hər şey vətəndaşlarımızın, dünya icti­ma­­iy­yətinin gözü qabağında baş verib və vətənini, xalqını, se­vən döv­lə­­ti­nin çi­çəklənməsini istəyən hər kəs bu quruculuq işlərində, Silahlı Qüvvələrimizin qüdrətlənməsində imkanı, gü­cü çər­­çi­vəsində iştirak edib.

Vaxtilə ümummilli lider Heydər Əliyev dün­ya­nın ha­ra­sında olma­sın­dan asılı olmayaraq orada yaşayan soydaş­la­rı­mı­zla mütləq görüşər və həmişə bildirərdi ki, harada yaşa­ma­ğımıza bax­ma­yaraq, Azərbaycan hamımızın Vətənidir. Bu mənada hər kəs ölkəmizdə apa­rı­lan işlərdə iştirak etməli və Vətənimizin uğurlarına sevinməlidir. Lakin təəssüf və təəccüb doğuran odur ki, bəzi soydaşlarımız nəinki kömək edir, əksinə bizi istəməyən ermənipərəst qüvvələrin sifarişləri ilə görülən işlərə, əldə edilən uğurlara, ordumuzun qələbəsinə kölgə salmağa, qara yaxmağa səy göstərirlər. Düşməni başa düşmək olar. O, heç vaxt bizim yaxşı olma­ğı­mızı istəməz. Amma özümüzdən olub başqalarının baltasına sap olan­ları anlamaq bir az çətin olsa da, anlamağa çalışırıq. Hol­landiya, Rusiya, Almaniya, Norveç, eləcə də ölkəmizdə bizimlə birlikdə yaşayan bəzi soydaşlarımızın Azərbaycan və Silahlı Qüvvələrimiz haqqında səsləndirdiyi qərəzli, iftira dolu, böhtan xarakterli fikirlər diqqət çəkəndir. İnsanın bu qədər kinli, qərəzli, dönük olması düşünməyə vadar edən məqamdır. Bəzilərini şəxsən, yaxşı tanımasaq da, bəziləri haqqında cəmiyyətimiz yetərincə məlumatlıdır. Müxtəlif təd­bir­lərdə, televiziyada, mətbuatda onları izləmək im­kanı­mız olub. Yayılan bir sıra bəyanatları, yazıları oxuyarkən bir az durux­dum. Nə dü­şün­­düyümü bilmədiyimdən deyil, sadəcə özünü tanınmış, “təcrübəli”, mütəxəssis “ekspert”, “vətənsevər” hesab edənlərin belə sadə uşaq oyu­nuna gəlməsindən “şaşırdım”. Düşündüm ki, “ağıldan bəla”, amma yerinə düşmədi, o “bəy­lərin” törətdikləri əməllər, həddən ziyadə gördüyü yaxşılıqlardan bəladır. Uzun illər müxtəlif pos­tlar tut­muş, Azərbaycanın çörəyini ye­miş, olmazın hörmətini gör­müş, özlərinə yaxşı güzəran qurmuş adamların bu qədər dönük olması həqiqətən insanı şaşdırır və sarsıdır.

Sadiqlik, sədaqət mənəvi dəyərdir. Onu itirmək an məsələsi, bərpası isə illər tə­ləb edər, bəlkə heç mümkün olmaz. Ömrünün çoxunu təbliğ və tərif­də keçirən adamın kimlərinsə puluna, malına uyaraq belə metamorfozaya uğraması da maraqlı faktdır. Unutmaq da olmaz ki, ancaq pul alıb varidat yığmaq xətrinə tərif deyən, təbliğ edən şəxs bir gün kimsə bir az artıq pul versə, onun sifarişi ilə dönük çıxaraq haqqı danacaq və bizləri böhtanlara qərq etməyə çalışacaq.

Yaxşı olardı ki, bu adamlar xaricdə yaşayarkən Azər­bay­canın hesabına əldə etdiyi im­kan­lardan istifadə edərək, Və­tə­ni­mizi, dövlətimizi, ordumuzu təbliğ etsinlər və düşmənlərlə mübarizədə soy­­daş­lar­ı­mızın həmrəyliyinə yardımçı olsunlar. Heç olmasa bu yaxınlarda Almaniyada tanış olduğumuz sadə bir tərcüməçi işləyən soydaşımızın etdiyi kimi. Hər tədbirdən sonra o, çantasından Azərbaycana aid balaca bir suvenir çıxararaq, xaricilərə hədiyyə verirdi. Bizim maraqla baxdığımızı görəndə, “müəllim nə edim, mənim də gücüm buna çatır” dedi.

Bəli, hər kəs əlindən gələn nəsə bir yaxşı iş görsə, həm Vətənimizin, həm vətəndaşlarımızın dərdləri günbəgün azalar, yoxa çıxar, ölkəmiz, ordumuz günbəgün çiçəklənər qüdrətlənər, məncə. Tərcüməçi soydaşımızın axşam bir rəsmi şam yeməyində etdiyi hərəkəti də bizi çox mütəəssir etdi, duyğulandırdı. O, çantasından Azərbaycanın bayrağını da çıxarıb masanın üzərinə qoydu. Razılaşarsınız ki, çox az adam tapılar çantasında mənsub olduğu ölkənin bayrağını gəzdirsin.

Yetərincə düşmə­ni­mizin olduğu dövrdə, düşmən tərəfə keçməsələr də, bəzi soydaş­la­rı­mızın səsləndirdikləri fikirlər bizi sevməyənlərin sifarişi ilə düşmən dəyirmanına su tökməkdən, qarayaxmadan, böhtandan, iftiradan başqa bir şey deyil. Lakin sevindirici odur ki, xalqın gözü tərəzidir və onların səsləndirdiyi subyektiv fikirlər yaxşı işlərin, uğurlu addımların fonunda kölgədə qalır, təsirsiz olur.

Artıq inamla demək olar ki, heç bir qüvvə həmrəyliyimizi po­za, müstəqilliyimizi sarsıda bilməz. Xalqın dəstəyinə arxalanan Azərbaycan prezidenti, Azər­bay­can dövləti, uğurlu siyasətini, ordu islahatlarını, quruculuq iş­lə­rini, iqtisadi inkişafı inamla, əzmlə davam etdirir. Bütün bunlar dost­la­rımızı və dünyada yaşayan həmvətənlərimizi sevindirir. Dostlar sevinsin, düşmən­lərimiz isə özü bilər. Biz düşmənə lazım olan cavabı verməyə həmişə hazırıq. Necə ki, aprelin əvvəlində düşmənə layiqli cavab verdik, xalqımızdan və cənab Ali Baş Komandandan da layiqli qiymətimizi aldıq.

İsa İsmayılov, hərbi jurnalist

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR