Gəncədə maşın aşıb

Gəncədə maşın aşıb
# 13 fevral 2016 15:05 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində avtomobil aşıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb. “Mercedes” markalı avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücünün xəsarət alması barədə Təcili Tibbi Yardım Stansiyasına məlumat daxil olsa da, həkimlər gedəndə qəza yerində kimsənin olmadığın görüblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR