Azərbaycanın Ukraynadakı diaspor rəhbərinin qətlində şübhəli bilinən ermənilərin məhkəməsi başlayıb

Azərbaycanın Ukraynadakı diaspor rəhbərinin qətlində şübhəli bilinən ermənilərin məhkəməsi başlayıb
# 19 aprel 2016 13:07 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyevin qətli ilə bağlı istintaq yekunlaşıb. İ. Tağıyevin oğlu Sərxan Tağıyev APA-ya bildirib ki, milliyyətcə erməni olan iki təqsirləndirilən şəxs məhkəmə qarşısına çıxarılıb. S. Tağıyev artıq ilk iclasın keçirildiyini, iş üzrə Ermənistan vətəndaşı, 1974-cü il təvəllüdlü Sergey Karapetyan və Ukrayna vətəndaşı, 1980-ci il təvəllüdlü Xaçik Montiyanın təqsirli bilindiyini deyib.

İlk iclasdan soran işə baxan hakimin gözlənilmədən dəyişdirildiyini qeyd edən S. Tağıyev növbəti iclasın yeni hakimin sədrliyi ilə yaxın günlərdə keçiriləcəyini bildirib.

Hər iki erməni Ukraynada aktiv erməni diaspor nümayəndəsi sayılır.

Qeyd edək ki, İlham Tağıyev ötən ilin avqust 17-də Xerson şəhərində evinin qarşısında döyülərək qətlə yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR