Keçmiş həyat yoldaşını öldürən şəxsə hökm oxunub - VİDEO

Keçmiş həyat yoldaşını öldürən şəxsə hökm oxunub - <span style="color: red;">VİDEO
# 14 oktyabr 2015 08:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zöhrab İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən, Z. İsmayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zöhrab İsmayılov hadisə günü keçmiş həyat yoldaşı Vəfa Abdullayevanı "VAZ 2107" markalı avtomobilə əyləşən zaman görüb. Keçmiş arvadını və maşının sürücüsünü izləyən zaman isə Z.İsmayılov onların motelə daxil olduğunun şahidi olub. Otağa daxil olan Z.İsmayılov V.Abdullayevanı bıçaqlayaraq öldürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR