ABŞ generalının Ermənistandakı danışıqlarının əsas mövzusu hərbi əməkdaşlığın genişləndirilməsi olub

ABŞ generalının Ermənistandakı danışıqlarının əsas mövzusu hərbi əməkdaşlığın genişləndirilməsi olub
# 27 may 2016 00:14 (UTC +04:00)

Bakı-APA. Ermənistanda mayın 22-də səfərdə olmuş ABŞ hərbçiləri və diplomatlarından ibarət nümayəndə heyəti hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə edib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bunu Pentaqonun nümayəndəsi Piter Kuk deyib.

Onun sözlərinə görə, nümayəndə heyətinə ABŞ-ın Avropadakı Quru Qoşunlarının komandanı general-leytenant Ben Hoces rəhbərlik edib.

“General-leytenant Ben Hoces Kanzas Milli Qvardiya nümayəndələri, səfir və Dövlət Departamentinin nümayəndələri ilə birlikdə Ermənistana səfər edib. Səfərin məqsədi Ermənistan Müdafiə Nazirliyindəki həmkarlarla hərbi sahədəki əlaqələri və onların inkişaf pespektivlərini müzakirə etmək olub”, - deyə Kuk qeyd edib.

Pentaqon nümayəndəsi danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunduğunu istisna etməyib, lakin, onun sözlərinə görə, “Ermənistanın ABŞ və Avropa ilə multiformatlı hərbi əməkdaşlığı görüşün əsas mövzusu olub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR