Con Kerri Mərkəzi Asiya ölkələrinə səfər edəcək

Con Kerri Mərkəzi Asiya ölkələrinə səfər edəcək
# 28 oktyabr 2015 00:43 (UTC +04:00)

Bakı-APA. ABŞ dövlət katibi oktyabrın sonu-noyabrın əvvəlində Mərkəzi Asiya ölkələrinə səfər edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilir.

“Dövlət katibi Bişkek, Səmərqənd, Astana, Düşənbə və Aşqabada səfər edəcək. Con Kerri hər bir ölkədə yüksək vəzifəli dövlət rəsmiləri ilə ikitərəfli danışıqlar aparmaq niyyətindədir. Bu Kerrinin Mərkəzi Asiyaya ilk səfəri olacaq”, deyə qurumun məlumatında bildirilir.

Məlumata görə, Con Kerri Bişkekdə Amerika Universitetin kampusunun açılışında iştirak edəcək, Səmərqənddə isə 5 ölkənin XİN rəhbərləri ilə görüş keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR