Meksikada cinayətkarlar polis helikopterini vurub

Meksikada cinayətkarlar polis helikopterini vurub
# 07 sentyabr 2016 03:42 (UTC +04:00)

Bakı-APA. Meksikanın Miçoakan ştatında polis əməliyyatı zamanı cinayətkarlar helikopteri vurub, nəticədə dörd nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ştatın qubernatoru Silvano Aureolesa bildirib.

Onun sözlərinə görə, helikopter kriminal qruplaşmaların liderlərinin saxlanılması üzrə əməliyyatda iştirak edib. İnsident nəticəsində 3 polis əməkdaşı və 1 pilot həlak olub.

İnsidentin digər təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR