Azərbaycanda qeyri-həyat sığortası üzrə toplanan hər 100 manata 14 manat ödənilir

Azərbaycanda qeyri-həyat sığortası üzrə toplanan hər 100 manata 14 manat ödənilir
# 23 fevral 2016 10:14 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda toplanmış sığorta haqlarının 63,8 mln. manatı və ya 83,6%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “APA-Economics”ə verilən məlumata görə, 2015-ci ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığortası bazarı 16,6% böyüyüb.

Qeyri-həyat sığortası üzrə yığımların 57,8%-i və yaxud 36,9 mln. manatı tibbi sığortanın, 10,8%-i və yaxud 6,9 mln. manatı hava nəqliyyatı vasitələrinin sığortasının, 9%-i və yaxud 5,7 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, 7,4%-i və yaxud 4,7 mln. manatı avtomobillərin icbari sığortasının, 4,3%-i və yaxud 2,7 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 3,3%-i və yaxud 2,1 mln. manatı hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasının, 2,6%-i və yaxud 1,7 mln. manatı kasko sığortasının, 2,1%-i və yaxud 1,4 mln. manatı ümumi mülki məsuliyyətin sığortasının, qalan 2,7%-i və yaxud 1,7 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Ay ərzində sığorta ödənişlərinin 68,1%-ni və ya 9 mln. manatını qeyri-həyat sığortası təşkil edib. Bu da 2015-ci ilin eyni dövrünə nisbətən 5,9% azdır.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 49,1%-i və ya 51,3 mln. manatı tibbi sığortanın, 26,5%-i və ya 2,4 mln. manatı avtomobillərin icbari sığortasının, 13,4%-i və ya 1,2 mln. manatı kasko sığortasının, qalan 11%-i və ya 1 mln. manatı isə digər qeyri-həyat sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 14,3 manatı ödəniş edilib. Bu rəqəm ötən ilin yanvar ayında 17,7 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR