Klivlenddə etiraz aksiyası keçirilib, 17 nəfər saxlanılıb

Klivlenddə etiraz aksiyası keçirilib, 17 nəfər saxlanılıb
# 21 iyul 2016 03:09 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Klivlend şəhərində keçirilən etiraz aksiyası zamanı 17 nəfər saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Klivlend polisinin nümayəndəsi bildirib.

İnsident nəticəsində 2 polis əməkdaşı yüngül xəsarət alıb. Etirazçılar ABŞ bayrağını yandırmağa cəhd edib.

Etiraz aksiyası Respublikaçılar partiyasının qurultay keçirdiyi stadionun qarşısında baş tutub.

Xatırladaq ki, qurultayda Donald Tramp Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə rəsmi olaraq namizəd seçilib. Noyabrın 8-də keçiriləcək prezident seçkilərində Donald Trampın əsas rəqibi Demokratlar Partiyasından namizəd Hillari Klinton olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR