Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunun sosial problemlərindən danışıb

Qənirə Paşayeva Milli Məclisdə Tovuz rayonunun sosial problemlərindən danışıb
# 15 mart 2016 14:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva seçildiyi Tovuz rayonunun sosial problemlərindən danışıb.

APA-nın məlumatına görə, deputat bildirib ki, Tovuzda Ermənistandan gələn qaçqınların məskunlaşdığı əraziyə qaz çəkilməyib: “Ətrafdakı bütün yaşayış məntəqələri qazlaşdırılsa da, həmin ərazidə təbii qaz yoxdur. Mən qış fəslində əmək haqqımın 30 faizini orada yaşayan və ehtiyacı olan insanlara verirəm. Bununla bağlı “Azəriqaz”ın rəhbərliyi ilə dəfələrlə görüşmüşəm. Xahiş edirəm, bu məsələ nəzərə alınsın”.

Q. Paşayeva Tovuzun cəbhə xəttində yerləşdiyini xatırladıb: “Əhalisi 20 mindən çox olan 5 kənd içməli suyu pulla alır. Sadəcə 4-5 kubmetr boru ilə bu problemi həll etmək olar. Əslində Tovuza yeni su xətti çəkilib. Bu səbəbdən həmin kəndləri içməli suyla təminatını həll etmək asandır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR