"Qəbələ" - MTK matçının hakimləri bəlli olub

"Qəbələ" - MTK matçının hakimləri bəlli olub
# 17 iyul 2016 20:59 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - MTK (Macarıstan) matçının hakimləri açıqlanıb.

Apasport.az saytının xəbərinə görə, iyulun 21-də 8-ci km qəsəbə stadionunda baş tutacaq görüşü türkiyəli FİFA referisi Mete Kalkavan idarə edəcək. Onun köməkçiləri həmyerliləri Ceyun Sesigözəl və Esat Sancaktar olacaq. Dördüncü hakim Serkan Çinardı.

Xatırladaq ki, "Qəbələ" səfərdə keçirdiyi ilk oyunda rəqibini məğlub edib - 2:1.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR