Azərbaycanda "Bilik günü"nün hava proqnozu açıqlanıb - VİDEO

Azərbaycanda "Bilik günü"nün hava proqnozu açıqlanıb - <span style="color: red;">VİDEO
# 14 sentyabr 2015 09:48 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 19-23, gündüz 26-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 15-16-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, bəzi saatlarda havada rütubətliliyin çox olması narahatlıq yarada bilər.

Qeyd edək ki, sabah Azərbaycanda "Bilik günü"dür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR