Pərviz Həşimlinin şikayəti təmin olunmayıb

 Pərviz Həşimlinin şikayəti təmin olunmayıb
# 27 oktyabr 2015 09:20 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə jurnalist Pərviz Həşimlinin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə P. Həşimlinin vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib. O, P. Həşimlinin məhkəmədə iştirakının təmin olunmasını istəyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Daha sonra məhkəmədə qərar elan edilib. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

P. Həşimli 2013-cü il sentyabrın 17-də həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmlə razılaşmayan P. Həşimli Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması xahiş olunub. Lakin məhkəmə şikayəti təmin etməyib.

Bundan sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR