Rio-de-Janeyroda Olimpiya kəndində yanğın baş verib

Rio-de-Janeyroda Olimpiya kəndində yanğın baş verib
# 29 iyul 2016 22:50 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Rio-de-Janeyro şəhərində Olimpiya kəndində yanğın baş verib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, yanğın Avstraliya yığmasının yerləşdirildiyi binada qeydə alınıb.

Avstraliya yığmasının təxliyə edildiyi, hadisə nəticəsində zərərçəkən olmadığı bildirilir.

Qeyd edək ki, bundan əvvəl Avstraliya Milli Olimpiya Komitəsinin nümayəndələri Olimpiya kəndində idmançıların yaşayış şəraitinin yarıtmaz olduğunu bildirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR