Qaxda ağaca çırpılan minik avtomobili yanıb - YENİLƏNİB

Qaxda ağaca çırpılan minik avtomobili yanıb - <span style="color: red;">YENİLƏNİB
# 25 yanvar 2016 10:27 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qaxda ağaca çırpılan minik avtomobili yanıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün saat 12:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qax rayonu Qarabaldır kəndi ərazisindən keçən hissəsində Şəki rayonunun Şəki kənd sakini, 1992-ci il təvəllüdlü İbrahim Yasin oğlu Xəlilovun idarə etdiyi “VAZ 21015” markalı, 33 BE 715 dövlət nömrə nişanlı minik avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra maşın yanmağa başlayıb. Hadisəni görən kənd sakinləri sürücünü yanan avtomobildən çıxarmağa nail olublar.

Sürücü Qax Mərkəzi Rayon Xəstəxanasına (RMX) aparılıb. Xəstəxanadan APA-ya bildirilib ki, zərərçəkmiş cərrahiyə şöbəsinə yerləşdirilib. İ. Xəlilov hər iki əlindən yanıq xəsarəti alıb, vəziyyəti orta-stabil hesab edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.


Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR