Avropa Liqası: Azərbaycan klublarının III təsnifat mərhələsindəki mümkün rəqibləri

Avropa Liqası: Azərbaycan klublarının III təsnifat mərhələsindəki mümkün rəqibləri
# 12 iyul 2016 13:05 (UTC +04:00)

Bakı – APA. İyulun 15-də Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA İsveçrənin Nyon şəhərindəki tədbirin detallarını açıqlayıb.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə 91 klub iştirak edəcək. II təsnifat mərhələsi başa çatmadığı üçün bu raundun 33 cütü və yarışa yeni qoşulan 25 komanda rəqiblərini tanıyacaq.

Artıq indidən bu komandalar səbətlərə bölünüb. 25 klub öz reytinqinə, 33 cüt isə daha güclünün əmsalına uyğun səbətə salınıb. Azərbaycan təmsilçiləri “Neftçi”, “Qəbələ” və “Kəpəz” səpələnməmişlər sırasındadı. Burada 2-ci olan bakılıları səpələnmişlər arasında düşməkdən cəmi 0,210 xal ayırıb.

Bu isə mərhələ keçəcəyi halda klublarımıza çətin rəqiblər vəd edir. Cümə günü atılacaq püşk onlara təkcə cütləri deyil, “Alkmaar”, “Vest Hem”, “Lill”, “Sassuolo”, “Herta”, “Gent” kimi mümkün rəqiblərlə üz-üzə qoya bilər.

Avropa Liqası
III təsnifat mərhələsi
Səpələnmişlər

“Alkmaar” (Hollandiya)

“Genk” (Belçika) – “Buduçnost” (Monteneqro) cütünün qalibi

“Lill” (Fransa)

“Sent-Etyenn” (Fransa)

“Gent” (Belçika)

“Krasnodar” (Rusiya)

“Rapid” (Avstriya)

“Slovan” (Çexiya)

“Maribor” (Sloveniya) – “Levski” (Bolqarıstan) cütünün qalibi

“Kayrat” (Qazaxıstan) - “Makkabi” Təl-Əviv (İsrail) cütünün qalibi

“Spartak” (Moskva, Rusiya)

“Austriya” (Vyana, Avstriya) - “Kukesi” (Albaniya) cütünün qalibi

“Partizan” (Serbiya) - “Zaqlebiye” (Polşa) cütünün qalibi

“Vest Hem” (İngiltərə)

“Herta” (Almaniya)

“Panatinaikos” (Yunanıstan)

“Midtyulland” (Danimarka) - “Vaduts” (Lixtenşteyn) cütünün qalibi

“Ruyeka” (Xorbatiya)

“Sassuolo” (İtaliya)

“Rio Ave” (Portuqaliya)

“Voeskla” (Ukrayna)

“Nomme Kalyu” (Estoniya) - “Makkabi” H (İsrail) cütünün qalibi

“Beroe” (Bolqarıstan) - HİK (Finlandiya) cütünün qalibi

“İaşi” (Rumıniya) – “Hayduk” (Xorvatiya) cütünün qalibi

“Arouka” (Portuqaliya)

“Apollon” (Kipr)

“Mlada Boleslav” (Çexiya)

“Dinamo” (Belarus) - “Sent Patriks” (İrlandiya) cütünün qalibi

“Beytar” (İsrail) cütünün qalibi - “Omoniya” (Kipr) cütünün qalibi

Səpələnməmişlər

“Qrasshoppers” (İsveçrə) - “Reykyavik” (İslandiya) cütünün qalibi

Neftçi” (Azərbaycan) - “Şkendiya” (Makedoniya) cütünün qalibi

“Kliftonvill” (Şimali İrlandiya) - AEK (Kipr) cütünün qalibi

“Aleksandriya” (Ukrayna)

AİK (İsveç) - “Europa” (Cəbəllütariq) cütünün qalibi

“Slovan” (Slovakiya) - “Yelqava” (Latviya) cütünün qalibi

“Lürsern” (İsveçrə)

“Videoton” (Macarıstan) - “Çukariçki” (Serbiya) cütünün qalibi

AEK (Yunanıstan)

“Voyvodina” (Serbiya) - “Konna Kvey” (Uels) cütünün qalibi

“İstanbul Başakşehir” (Türkiyə)

“Sonderyuske” (Danimarka) - “Stromsqodset” (Norveç) cütünün qalibi

“Şaxtyor” (Belarus) - “Domjale” (Sloveniya) cütünün qalibi

“Şirak” (Ermənistan) - “Spartak” T (Slovakiya) cütünün qalibi

“Hibernian” (Şotlandiya) - “Brondbü” (Danimarka) cütünün qalibi

“Herakles” (Hollandiya)

“Panduri” (Rumıniya)

“Zimbru” (Moldova) - “Osmanlıspor” (Türkiyə) cütünün qalibi

“Levadiya” (Estoniya) - “Slaviya” (Çexiya) cütünün qalibi

“Debretsen” (Macarıstan) - “Torpedo” (Belarus) cütünün qalibi

“Pyast” (Polşa) – “Höteborq” (İsveç) cütünün qalibi

“Birkirkara” (Malta) - “Harts” (Şotlandiya) cütünün qalibi

“Admira” (Avstriya) - “Kəpəz” (Azərbaycan) cütünün qalibi

“Aberdin” (Şotlandiya) - “Ventspils” (Latviya) cütünün qalibi

“Haken” (Norveç) - “Kork Siti” (İrlandiya) cütünün qalibi

“Yannina” (Yunanıstan) - “Odd” (Noeveç) cütünün qalibi

“Rovaniemi” (Finlandiya) - “Lokomotiv” (Xorvatiya) cütünün qalibi

MTK (Macarıstan) - “Qəbələ” (Azərbaycan) cütünün qalibi

“Vitorul” (Rumıniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR