Bakı-Sumqayıt qatarı 27 yaşlı qadını vurub

Bakı-Sumqayıt qatarı 27 yaşlı qadını vurub
# 02 aprel 2016 00:24 (UTC +04:00)

Bakı-APA. Bakı-Sumqayıt qatarı dəmiryol xəttini keçən qadını vurub.

APA-nın məlumatına görə, hadisə Xırdalan şəhəri ərazisində baş verib.

Aprelin 1-i axşam saatlarında 27 yaşlı Tünzalə İsgəndərova dəmiryol xəttini keçmək istəyib. Bu vaxt Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarı qadını vurub.

Gülnarə İsgəndərova ağır xəsarətlər alıb və Bakıdakı 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan APA-ya verilən məlumata görə, 27 yaşlı qadının vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR