ANS-in şikayəti təmin edilməyib

ANS-in şikayəti təmin edilməyib
# 08 yanvar 2016 12:04 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ANS Müstəqil Yayım və Media Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı şikayətinə baxılıb. APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, MTRŞ ANS tərəfindən çəkilməli olan “Abşeron” adlı serial üçün 160 min manat vəsait ayırdığını, lakin televiziyanın serialı başqa adla təqdim etdiyini iddia edir. Buna görə məhkəməyə müraciət edən MTRŞ pulun geri qaytarılmasını istəyir. Bununla bağlı dekabrın 9-da 1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsində keçirilən proses təxirə salınıb. Həmin vaxt prosesin təxirə salınmasına isə ANS-in MTRŞ-ya qarşı qarşılıqlı iddia qaldırması səbəb olub. Belə ki, ANS şuraya qarşı qarşılıqlı iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Həmin iddiaya 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi tərəfindən baxılıb. Lakin iddia məhkəməyə qəbul edilməyib. Bu qərarla razılaşmayan ANS isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bu gün həmin şikayətə baxılıb.

Onu da qeyd edək ki, MTRŞ-nın iddiası üzrə məhkəmə prosesi başa çatmayıb. “Abşeron” adlı serial üçün televiziyaya ayrılan 160 min manat vəsaitin geri qaytarılması ilə bağlı iddia üzrə məhkəmə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR