Nyu-Yorkda Manhetten körpüsündə Putinin böyük portreti asılıb

Nyu-Yorkda Manhetten körpüsündə Putinin böyük portreti asılıb
# 07 oktyabr 2016 09:27 (UTC +04:00)

Bakı – APA. Nyu-Yorkda Rusiya prezidenti Vladimir Putinin böyük portreti peyda olub.

APA-nın REN TV-yə istinadən verdiyi məlumata görə, üzərində “Sülhməramlı” sözü yazılmış portret səhər saatlarında Manhetten körpüsündə görüntülənib.

Şahidlərin sözlərinə görə, iki nəfər körpüdə müəyyən iş gördükdən sonra 10x5 həcmli portret İst-River üzərində dalğalanmağa başlayıb.

Bir müddət sonra polis əməkdaşları portreti oradan götürüblər. Lakin hələlik portretin müəlliflərinin kimliyi müəyyənləşdirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR