Gəncədə idman kompleksində yanğın olub

Gəncədə idman kompleksində yanğın olub
# 18 iyul 2016 01:35 (UTC +04:00)

Bakı-APA. Gəncədə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhəri, Nizami rayonunda uşaq bağçasının ərazisində ümumi sahəsi 300 kv.m olan idman kompleksinin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və ona bitişik vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan taxta konstruksiyalardan ibarət olan 1 otaqlı tikili və içərisindəki əşyalar yanıb.

İdman kompleksinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR