Xaçmazda yaşayış evi yanıb

Xaçmazda yaşayış evi yanıb
# 04 oktyabr 2016 15:31 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Bu gün Xaçmaz rayonunda yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacıəlibəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1977-ci il təvəllüdlü Cahid Məmmədova məxsus ümumi sahəsi 60 kvadratmetrlik mənzilin 30 kvadratmetri yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı evdə heç kim olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR