Yığmamızın Avro-2017-də ilk rəqibi bəlli oldu - TƏQVİM

Yığmamızın Avro-2017-də ilk rəqibi bəlli oldu - <span style="color: red;">TƏQVİM
# 28 mart 2016 10:21 (UTC +04:00)

Bakı – APA. Kişi voleybolçular arasında 2017-ci ildə keçiriləcək Avropa çempionatının I mərhələsinin təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, I qrupda yer alan yığmamız ilk görüşünü mayın 19-da İsveçə qarşı keçirəcək.

Yeni baş məşqçi Fərid Cəlalovun rəhbərliyi altında yarışa qatılacaq voleybolçularımız ardınca İsveçrə və Gürcüstanla qarşılaşacağıq.

Növbəti mərhələyə isə 3 qrupun qalibi və ən yaxşı nəticəyə malik iki 2-ci yerin sahibi vəsiqə qazanacaq.

I qrup

19 may

15:30. İsveç - Azərbaycan

18:30. Gürcüstan – İsveçrə

20 may

15:30. Azərbaycan – İsveçrə

18:30. İsveç - Gürcüstan

21 may

15:30. İsveçrə - İsveç

18:30. Azərbaycan - Gürcüstan

Qeyd edək ki, I qrupun oyunları Gürcüstanın paytaxtı Tiflisdə olacaq. Avro-2017-nin final mərhələsi isə Polşada baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR