Almaniyanın neft-qaz şirkəti Azərbaycandakı filialını bağlayıb

Almaniyanın neft-qaz şirkəti Azərbaycandakı filialını bağlayıb
# 18 noyabr 2015 06:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Almaniyanın neft-qaz sahəsində kəşfiyyat və hasilatla məşğul olan “DEA Deutsche Erdoel AG” şirkətinin Azərbaycandakı filialı ləğv olunub.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, şirkətin Azərbaycandakı nümayəndəliyi bununla bağlı elan verib.

Məlumata əsasən, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Tauers Biznes Mərkəzi Cənub Qülləsi, 9-cu mərtəbə ünvanına bildirə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR