İrandan Azərbaycana güclü təsir edən maddənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana güclü təsir edən maddənin keçirilməsinin qarşısı alınıb
# 10 oktyabr 2016 09:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun əl yükünə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı vətəndaşa məxsus qarışıq ərzaq məhsulları olan əl yükünün içərisində, gömrük nəzarətinə bəyan olunmamış iki ədəd plastik flakonda, cəmi 554 həb “Tramadol” adlı dərman preparatı aşkar edilib.

Məlumat üçün bildiririk ki, “Tramadol” adlı dərman preparatı Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin Siyahısı”na daxildir və aşkar olunan 554 həbdə tramadoloun təsiredici maddəsinin ümumi miqdarı 83,1 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR