Bakıda 1 il ərzində nevroloji uşaqların sayı 10 mindən çox artıb

Bakıda 1 il ərzində nevroloji uşaqların sayı 10 mindən çox artıb
# 14 mart 2016 12:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda uşaqlarda nevroloji, sinir xəstəliklərinin yaranmasının əsas səbəbi qohum nikahlardır. APA-nın xəbərinə görə, Uşaq Bərpa Müalicə Mərkəzinin baş həkimi Cəmilə Talıbova “Azərbaycanda psixonevroloji, sinir xəstəliklərindən əziyyət çəkən uşaqlara dövlət dəstəyinə” həsr olunmuş dəyirmi masada bildirib ki, hər bir qohum nikah genetik müayinə keçməlidir. Onun sözlərinə görə, bu gün ölkədə nikahdan öncə müayinələrin aparılmasına başlanıb və ümid edilir ki, bu proses sağlam nəslin inkişafına şərait yaradacaq.

Baş həkim qeyd edib ki, xəstəliklərə yaranmasına ananın bətndaxili keçirdiyi infeksion xəstəliklər, doğuş travması və digərləri də səbəb olub: “Bakı Uşaq Bərpa Mərkəzinə ötən il 37 740 nəfər uşaq müraciət edib: “2014-cü ildə isə bu say 26 449 olub. Bu gün mərkəzə gələn 1 yaşına kimi uşaqların sayı 40% artıb. Əgər əvvəl mərkəzə uşaqlar 1 yaşından sonra müraciət edirdisə, bu gün hətta bir neçə günlük, 1 aylıq uşaqda gəlir”.

Respublikanın baş pediatrı Nəsib Quliyev də Azərbaycanda nevroloji xəstəlilərin artımı əhalinin artımına paralel olaraq gedir. Onun özlərinə görə, bu artımda müayinələrin aparılması və vaxtında aşkarlanması ilə bağlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR