Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlanıb
# 08 aprel 2016 16:01 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. Bu ilin iyun ayında Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.

APA-nın məlumatına görə, bunu Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.

O bildirib ki, Macarıstan tərəfindən komissiyanın həmsədri xarici işlər naziri Peter Siyartodur. V. Quliyev bu yaxınlarda kənd təsərrüfatı naziri Heydər Əsədovun Macarıstana səfər edəcəyini də əlavə edib.


"İki ölkə əczaçılıq, turizm, kənd təsərrüfatı sahələrində əməkdaşlığı gücləndirməkdə maraqlıdır və müəyyən biznes layihələri var. Ümid edirəm ki, onlar bu layihələr yaxınlarda reallaşacaq", - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR