Güclü yağışlar Tehranın su təminatında problem yaradıb

Güclü yağışlar Tehranın su təminatında problem yaradıb
# 29 mart 2016 10:04 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev – APA. Son günlər güclü və davamlı yağışlar İran paytaxtını su ilə təmin edən Kərəc su anbarının suyunun lillənməsinə səbəb olub.

APA-nın İran bürosunun məlumatına görə, hazırda bu bəndin suyundan istifadə qeyri-mümkündür. İranın Energetika Nazirliyi Tehranın qərbində yaşayan əhalini bacardıqları qədər sudan qənaətlə istifadə etməyə çağırıb.

Qeyd edək ki, son günlər güclü yağışlar nəticəsində Tehran əyalətində daşqınlar baş verib. Daşqınlar nəticəsində problemlə üzləşən 900 nəfərə Qırmızı Aypara Cəmiyyəti tərəfindən yardım göstərib, 60 nəfər xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR