Rusiyada silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib

Rusiyada silahlı dəstə yaratmaqda təqsirləndirilən azərbaycanlı İnterpol xətti ilə axtarışa verilib
# 23 mart 2016 13:14 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Rusiya hüquq-mühafizə orqanları silahlı qruplaşma yaratmaqda təqsirləndirilən azərbaycanlı barəsində axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1984-cü ildə Bakı şəhərində anadan olan Samir Xanməmmədov qanunsuz silahlı dəstə yaradılmasında iştirak etməkdə təqsirləndirilir. S. Xanməmmədov Rusiyanı tərk etdiyi üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib.

Hazırda onun tutulması istiqamətində axtarışlar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR