Xaçmazda sahibkarların investisiya layihələrinin qəbuluna başlanılır

Xaçmazda sahibkarların investisiya layihələrinin qəbuluna başlanılır
# 16 mart 2016 07:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Xaçmaz rayonunun Arzu qəsəbəsində işgüzar forum keçirib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- müasir istixana kompleksinin yaradılması;

- intensiv bağçılıq və cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

- süd emalı və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması;

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR