Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Mart

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 17 Mart
# 17 mart 2016 17:30 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Suriya kürdlərinin muxtariyyət elan etməsində Rusiyanın ehtiyatda saxladığı son güllələrdən biridir. Bu, həm Suriyanın bütövlüyünə tərəfdar olan İrana, həm separatçılıqdan əziyyət çəkən Türkiyəyə mesajdır. Bəlkə də kürdlərin muxtariyyətinə qarşı olduqlarını bir neçə dəfə bəyan edən Birləşmiş Ştatlara da. Baxmayaraq ki, bu bəyanatların səmimiyyətinə inanmamaq üçün əsaslar çoxdur. Kürd məsələsi Suriyada ABŞ və Rusiyanın maraqlarının üst-üstə düşdüyü bəlkə də yeganə məsələdir. Hər iki tərəf kürd kartından regiondakı digər qüvvələrə, hətta bir-birinə qarşı asanlıqla istifadə etməyin mümkünlüyünü anlayır. Suriya kürdlərinin muxtariyyət məsələsində kimin dəstəyinə arxalandığını anlamaq üçün Moskva və Vaşinqtondan gələcək dəyərləndirmələri izləmək vacibdir. Gözləyək...

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR