Azərbaycan Ekoloji Effektivlik İndeksi reytinqində 180 ölkə arasında 31-ci yeri tutub

Azərbaycan Ekoloji Effektivlik İndeksi reytinqində 180 ölkə arasında 31-ci yeri tutub
# 28 yanvar 2016 14:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Ekoloji Effektivlik İndeksi reytinqi üzrə göstəricisi yüksəlib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən hazırlanan Ekoloji Effektivlik İndeksi reytinqində Azərbaycan son 10 ildəki göstəricilərini 18,1 faiz yaxşılaşdıraraq 180 ölkə arasında 31-ci sırada yer alıb.

Azərbaycan bu göstəricisinə görə bütün MDB ölkələrini qabaqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR