ABŞ səfirliyi ispan aylığı ilə bağlı tədbir keçirib

ABŞ səfirliyi ispan aylığı ilə bağlı tədbir keçirib
# 27 sentyabr 2016 15:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə 15 sentyabr - 15 oktyabr tarixlərində ABŞ-da keçirilən İspan İrsi Aylığı ilə bağlı tədbir təşkil olunub.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, bu ayın keçirilməsində məqsəd Latın Amerikası əsilli amerikalıların ölkəyə verdiyi töhfəni qeyd etməkdir: “ABŞ-da 55 milyon latın amerikalı yaşayır. Onlar bizim ən böyük etnik və irqi azlığımızdır. Onlar cəmiyyətin bütün sahələrinə töhfə veriblər. Biz Birləşmiş Ştatlarda müxtəlifliyi gücümüzün mənbəyi kimi görürük. Azərbaycanda da tarixən tolerantlığa dəyər verilib. Bu il Azərbaycan multikulturalizm ilini qeyd edir. Biz müxtəlifliyə bu ortaq yanaşmanı dəyərləndiririk".

Sonra çıxış edən Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini ABŞ-la Meksika arasında münasibətlərin inkişafının vacibliyini vurğulayıb.

Tədbir konsertlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR