Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - VİDEO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">VİDEO
# 03 noyabr 2015 00:26 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Hövsan yolunda qeydə alınıb. Əmir Hacıməmmədov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yola piyada çıxıb. Əmir Hacıməmmədov avtomobili saxlaya bilməyib və piyadanı vurub. Sürücü onu 3 saylı Şəhər Klinik Xəstəxanasına piyada aldığı xəsarətdən yolda ölüb.

Sürücü polis tərəfindən saxlanılıb, avtomobil isə cərimə meydançasına aparılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR