Naxçıvanda Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib

Naxçıvanda Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib
# 11 mart 2016 20:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Naxçıvanda “Naxçıvan” Universitetində Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri istifadəyə verilib.

APA-nn məlumatına görə, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemləri üçün tələb olunan server və digər avadanlıqlar alınaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisində qurulub, hər iki sistem üçün proqram təminatı hazırlanıb.

Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat Sistemi 2 terabaytlıq yaddaşa malikdir. Bu da daxil olan müraciətlərin və verilən cavabların uzun müddət arxivdə saxlanılmasına imkan yaradacaq. Muxtar respublikanın 76 təşkilatının internet saytında elektron müraciət bölməsi yenidən işlənmiş və sistemlə əlaqələndirilib. Bu da vətəndaş tərəfindən elektron hökumət portalı üzərindən göndərilən müraciətlərin eyni vaxtda elektron qeydiyyat sisteminə də daxil olmasına imkan verir. Təşkilat tərəfindən vətəndaşın müraciətinə 15 gündən gec cavab verildikdə sistem əməliyyatçını məlumatlandırır. Əməliyyatçı məlumatları digər elektron ünvanlara göndərmək, çap etmək, müqayisələr aparmaq, istənilən tarixdə göndərilən müraciətlərə yenidən baxmaq imkanına malikdir. Hər iş gününün sonunda bazaya daxil olan müraciətlər və verilən cavablar avtomatik olaraq arxivə göndərilir. İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sisteminin əsas və ehtiyat serverlərinin hər birinin tutumu 3 terabaytdır. Sistem lokal şəbəkə daxilində fəaliyyət göstərir. Buna görə də bütün sənədlər və yazışmalar Elektron Sənəd Dövriyyəsi Sisteminin serverində tam təhlükəsiz şəraitdə saxlanılır. Əməliyyatçı ona verilmiş şifrə vasitəsilə sistemə daxil olur. Bu zaman 30 dəqiqə ərzində kompüterdə heç bir əməliyyat aparılmadıqda sistem həmin istifadəçini avtomatik olaraq kənarlaşdırır.

Bu gün “Naxçıvan” Universitetində Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov deyib ki, Rabitə və Yeni Texnologiyalar Nazirliyi Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin təkmilləşdirilməsini, onun əhatə dairəsinin genişləndirilməsini davam etdirməli, aidiyyəti orqanlarla birlikdə sistemin təhlükəsizliyi üçün tədbirlər görməlidir. Mərkəzi və yerli icra hakimiyyəti orqanları vətəndaşların müraciətlərini və onların icrası ilə bağlı digər məlumatları vaxtında qeydiyyata almalıdırlar. Eyni zamanda aidiyyatı dövlət orqanları Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə kadrların hazırlıq səviyyəsinin artırılması üçün tədbirlər planı hazırlayıb həyata keçirməlidirlər. Təhsil Nazirliyi elektron təhsil resurslarından səmərəli istifadəni təmin etməklə tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına nail olmalı, distant təhsilin genişləndirilməsi üçün müvafiq tədbirlər görməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud şəxslərin, ələlxüsus uşaqların distant təhsili, eləcə də audio və elektron kitabxanalardan istifadə imkanlarını genişləndirməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR