"SOCAR Petroleum" gəlirlərini açıqlayıb

"SOCAR Petroleum" gəlirlərini açıqlayıb
# 07 oktyabr 2016 14:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "SOCAR Petroleum" QSC gəlirlərinin həcmini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, "SOCAR Petroleum" tərəfindən 2015-ci ildə neft məhsullarının satışından 873,067 min manat, sair xidmətlərdən 258 min manat olmaqla cəmi 873,325 min manat əldə edilib.

QSC tərəfindən 2015-ci il ərzində neft bazaları vasitəsilə 1 mln. 279 min 840,3 ton və yanacaqdoldurma məntəqələri vasitəsilə 141 mln. 717,5 min litr neft məhsulları satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR