Barak Obama Kubaya yola düşüb

Barak Obama Kubaya yola düşüb
# 20 mart 2016 19:22 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama Kubaya yola düşüb.


APA-nın ABC-yə istinadən verdiyi məlumata görə, tarixi səfərdə prezidenti hökumət nümayəndələri, konqresmenlər, sahibkarlar və ailə üzvləri müşaiyət edir.

Barak Obamanın Kuba lideri Raul Kastro, ölkə ictimaiyyəti və sahibkarlarla görüşü nəzərdə tutulub.

Qeyd edək ki, Obama Kubaya 88 ildən sonra səfər edən ilk ABŞ prezidenti olacaq. Bundan əvvəl 1928-ci ildə prezident Kelvin Kulic Havanaya səfər edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR