Məhkəmə vəkilin “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı şikayətini təmin etməyib

Məhkəmə vəkilin “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə qarşı şikayətini təmin etməyib
# 12 aprel 2016 14:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində vəkil Kamandar Nəsibov və “Baku Fires” boks klubunun üzvü Məhəmməd Qurbanovun “Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə və nümayəndəliyin onlara qarşı verdiyi apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

K. Nəsibovun APA-ya verdiyi məlumata görə, məhkəmə onun və Q. Məmmədovun şikayətini təmin etməyib. Birinci instansiya məhkəməsinin qərarı da qismən ləğv edilərək, onlara dəymiş ziyanla bağlı ödəniləcək məbləğ də azaldılıb.

K. Nəsibovun bildirdiyinə görə, 2015-ci ildə o və Məhəmməd Qurbanov Buenos-Ayres şəhərinə turnirə getmək üçün “Türk Hava Yolları” aviaşirkəti ilə Bakı-İstanbul-Buenos-Ayres reysiylə uçuş etmək istəyiblər. Lakin Braziliyanın San-Paulu şəhərinin aeroportuna eniş edilib və uçuş təxirə salınıb. “Türk Hava Yolları”nın nümayəndəliyi həmin sərnişinləri heç nə ilə təmin etməyib.

Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edib. Məhkəmə vəkilə dəymiş 23 min 621 manat pulun 11 min 677 manatının, Məhəmməd Qurbanova dəymiş 21 min 689 manat pulun 11 min 647 manatının aviaşirkət tərəfindən ödənilməsi barədə qərar çıxarıb. Lakin hər iki tərəf qərardan narazı qalıb və apellyasiya şikayətləri verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR