Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələbi pozanlar cərimələnəcək

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələbi pozanlar cərimələnəcək
# 15 oktyabr 2015 13:51 (UTC +04:00)

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 192-1 maddəsi əlavə olunur.

Maddəyə görə, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 500 manat cərimə olunacaqlar.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR